Bakcell metro istifadəçilərini sürətli internet ilə təmin edir

23-12-2015 / 21:12

Bakcell şirkəti abunəçilərinə ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini hər yerdə, o cümlədən yeraltı məkanlarda da təqdim etmək məqsədilə öz şəbəkəsinin inkişafına daim investisiya yatırmaqda davam edir. Hal-hazırda Bakı Metropoliteninin bütün sahələrinə xidmət göstərən 127  2G və 3G baza stansiyası sabit siqnal qəbulunu təmin edərək, Bakcell abunəçilərinin həm metronun stansiya platformalarında, həm də tunellərində həmişə əlaqədə olmalarına imkan yaradır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu yaxınlarda müstəqil üçüncü tərəf xidmət təchizatçısı tərəfindən Bakı Metropolitenində keçirilmiş şəbəkələrin keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, rəqibləri ilə müqayisədə Bakcell şirkəti öz üstün mövqeyini qoruyub saxlayıb.

Bakcell abunəçiləri 2G və 3G şəbəkələrinin əhatə dairəsindən metronun girişlərində, stansiya birləşmələrində və platformalarda faydalana bilirlər. Metropolitenin bütün xətlərində tunellərdə Bakcell 2G şəbəkəsinin əhatə dairəsi 90 faiz, 3G şəbəkəsinin əhatə dairəsi isə 80 faiz təşkil edir.

Müqayisə üçün qeyd edək ki, digər operator şəbəkəsinin metro tunellərində əhatə dairəsi xeyli zəifdir (78%), metropolitenin əksər sahələrində isə 3G şəbəkəsinin əhatə dairəsi heç yoxdur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə