Bakcell növbəti beynəlxalq sertifikata layiq görülüb

20-06-2018 / 18:32

Bakcell sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib.

Xeberler.az bildirir ki, Bakcell şirkəti növbəti dəfə nüfuzlu beynəlxalq Socially Devoted sertifikatı ilə təltif olunub.

Belə ki, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış Socialbakers şirkəti Azərbaycandakı şirkətlərin Facebook şəbəkəsində 2018-ci ilin I-ci rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib.

Həmin monitorinqin nəticələrinə əsasən, Bakcell şirkəti 2018-ci ilin yanvar ayından mart ayına qədər olan müddət ərzində özünün rəsmi Facebook səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb.

Qeyd edək ki 2017-ci ildə Bakcell dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “Socially Devoted” sertifikatına layiq görülüb. Bakcell-in Facebook səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından Bakcell-in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti Bakcell-in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

Bakcell abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların rekord həddə 100% cavablandırılmasını təmin edən Facebook səhifəsinə müraciət edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə