Bakcell Qubada yeni BakcellIM açdı

21-05-2010 / 13:16

Bakcell müştərilərinə daha yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, Quba şəhərində, Azərbaycan prospekti/ A.Qarayev küçəsində yeni BakcellIM Satış və müştəri xidmətləri Mərkəzini istifadəyə verib. Yeni BakcellIM mərkəzi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək.

Bu, şirkətin son 12 ay ərzində regionlarda açdığı sayсa yeddinci BakcellIM mərkəzidir. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Sabirabad, Şirvan, Cəlilabad, Şəki, Quba, Xaçmaz və Mingəçevirdə Bakcell-in Müştəri Xidmətləri və Satış mərkəzləri fəaliyyət göstərir. 2010-cu ilin sonuna kimi Bakcell ümumilikdə 17 BakcellIM mərkəzini açmağı planlaşdırır. Onlardan 12-si ölkənin bölgələrində, 5-i isə Bakıda yerləşəсək.

Son 1 il ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə