Bakcell sahibkarlıq sərgisinə dəstək olub

10-03-2018 / 21:45

Azərbaycan Bakcell istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin təşkilinə dəstək göstərib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Pullman Bakı mehmanxanasının baş sponsorluğu və Bakcell şirkətinin sponsorluğu ilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib.

Tədbirin əsas məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarət idi. Sərgidə 70-dən çox qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. satışı da həyata keçirilib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərin və onun əməkdaşlıq etdiyi qurumların; Fransanın Azərbaycandakı Səfirliyinin və digər səfirliklərin nümayəndələri və Bakcell şirkətinin əməkdaşları sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.