Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009 / 11:08

Azərbaycanın mobil rabitə operatoru Bakcell şirkəti Şəki şəhərində yeni Bakcellim satış və müştəri xidmətləri mərkəzi açıb.

Mərkəzin açılış mərasimində Bakcell-in baş direktoru İneke Botter, Şəki şəhəri İcra Hakimiyyətinin nümayəndələri, yerli sahibkarlar və media təmsilçiləri iştirak ediblər.Bu haqda xeberler.az şirkətin Baş ofisindən məlumat verilib.

Bunda əlavə,ilin sonuna kimi Bakcell ümumilikdə 17 Bakcellim mərkəzini açmağı planlaşdırır. Onlardan 12-si ölkənin regionlarında, 5-i isə Bakıda yerləşəcək. Bakcellim mərkəzləri mobil rabitə operatorunun abunəçiləri üçün xidmətlərin tam çeşidini təqdim edir.

Xatırladaq ki, «Bakcell» şirkəti 1994-cü ildə İsrailin GTİB şirkəti ilə Azərbaycan Rabitə Nazirliyi tərəfindən birgə müəssisə kimi yaradılıb, lakin 2003-cü ildə özəlləşdirilib. Hazırda şirkət ölkə əhalisinin 90%, ərazinin isə 82%-ni əhatə edir və təxminən 1,5 mln. abunəçisi var.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.