“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010 / 19:25

Noyabrın 25-də Xətai rayonun 257 saylı orta məktəbində SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının həmin məktəblə birgə tədbiri keçiriləcək. Tədbir bu təhsil ocağının uğurlarına həsr olunub. Bakı SOS Uşaq Kəndinin 30- dan artıq sakininin də təhsil aldığı 257 saylı məktəb Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-10-cu tədris ilində “Ən Yaxşı Ümumtəhsil Məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

Bu il 10 illiyini qeyd edən Bakı SOS Uşaq Kəndi tədbirdə rəngarəng proqramla çıxış edəcək. Proqramda SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının bir çox layihələrindən bəhrələnən uşaq və yeniyetmələrin, gənclərin çıxışları nəzərdə tutulub.
Tədbir zamanı həmçinin “Bakcell”-in “Bakcell stars” adlı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası ” ilə birgə həyata keçirdiyi SMS kampaniyasının da nəticələri aşıqlanacaq və toplanmış məbləğ SOS uşaqlarına- SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasına təqdim ediləcək, həmçinin layihə çərçivəsində fəaliyyət göstərən xorun gözəl ifaları da səslənəcək.

mənbə: yenilik.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə