Bakcell tarifləri dəyişir

23-02-2016 / 13:21

Bakcell  şirkəti tariflərini yeniləyir.

Xeberler.az-ın məlumatıan görə, martın 4-dən etibarən SMS-lərin qiyməti "Doğma Cin" abunəçiləri üçün 0,04 manat, bütün digər "Cin" abunəçiləri üçün isə 0,05 manat təşkil edəcək.

Qeyd edək ki, hazırda "Doğma Cin" tarif planına əsasən, ölkədaxili SMS-lər 0,03 manat, beynəlxalq SMS-lər 0,06 manatdır.

Həmçinin həmin tarixdən etibarən şəbəkədaxili və ölkədaxili manat bonusları paketsiz internet istifadəsinə tətbiq olunmayacaq.

Martın 1-dən etibarən zəngin maksimal müddəti 120 dəqiqə təşkil edəcək. "Sevimli Cin" tarifində "Sevimli" nömrələrə edilən zənglərin tarifikasiya müddəti 60 saniyə olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə