Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

20-07-2018 / 11:22

Bakcell şirkəti 17-23 iyul 2018-cı il tarixləri arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərdi.

Xeberler.az məlumat verir ki, Təhsil Avtobusu Yay Məktəbi Azərbaycan üçün Öyrət Milli Təhsil Proqramının Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.

Belə ki, Təhsil Avtobusu - 2018 Bakı şəhərindən yola düşərək Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ- Bakı marşrutu üzrə səyahət edir. Yay məktəbinin məqsədi bölgələrdə şagirdlərin şəxsi inkişafına stimul vermək, onların həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artırılmasına şərait yaratmaqdır. Layihə çərçivəsində ölkənin 5 bölgəsindəki həm modul tipli ucqar kənd, həm də orta məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi- inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Bildirək ki, Bakcell uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi Bakcell Stars adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə