Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

21-04-2015 / 13:16

 Bakcell şirkətinin əməkdaşları universitet tələbələri ilə növbəti görüş keçiriblər.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə,  Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan görüşdə “SABAH” qrupuna daxil olan müxtəlif universitetlərdən olan tələbələr iştirak ediblər.

Görüş zamanı Bakcell şirkətinin kadrlar şöbəsinin əməkdaşları tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı barədə məlumat verməklə yanaşı, CV hazırlanması və iş müsahibələrinə  hazırlıq prosesi barədə ətraflı məlumat və məsləhətlər veriblər.

Qeyd edilib ki, karyerasına başlamaq və ilkin iş təcrübəsinin olmaması səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulmuş “Smart Start” proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell onlara  müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətlənirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar. ”Smart Start” proqramı barədə daha ətraflı məlumatı http://www.bakcell.com/az/student-opportunities səhifəsindən əldə etmək olar.

Bununla yanaşı, tələbələrə Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab proqramı və gənclər üçün geniş imkanlar yaradan digər layihələr barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

“Applab” layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. “Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.

Görüşdən bir həftə öncə Bakcell əməkdaşları Azərbaycan Universitetinin tələbələri ilə də görüş keçiriblər. Tələbələrin xüsusi maraqlarını nəzərə alaraq Bakcell şirkəti belə görüşləri davamlı şəkildə digər təhsil ocaqlarında da keçirməyi planlaşdırır.

Məltəm Talıbzadə

 

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.