Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

12-11-2010 / 10:46

Azərbaycanın ilk mobil operatoru olan Bakcell dünyada ən böyük tələbə təşkilatı olan AIESEC-lə gənclərin təcrübə mübadilə proqramı üzrə anlaşma memorandumu imzalayıb.

Bakcell və AIESEC gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq çərçivəsində Bakcell-in gənc işçilərinin AIESEC-in beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməsi, eləcə də tələbələr və universitet məzunlarına Bakcell şirkətində təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur.

Mərasimdə iştirak edən Bakcell-in baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə, Bakcell və AIESEC arasındakı bu anlaşma memorandumu çox müsbət bir şəraitdə və faydalı əməkdaşlıq ruhunda hazırlanıb. \\\"Biz təlim fəaliyyətlərimizi genişləndirməkdən çox məmnunuq və AIESEC-lə tərəfdaşlıq Bakcell-in Azərbaycan gənclərinin təhsilinə sərmayə yatırmaq istəyinə gözəl bir nümunədir\\\", - o deyib.

\\\"Biz Bakcell-lə əməkdaşlığa başlamaqdan olduqca məmnunuq. İnanırıq ki, biz Bakcell-in fəaliyyətinə yeniliklər gətirəcəyik və Azərbaycanda, eləcə də dünyada müxtəlif mədəniyyətlərə mənsub olan gənclərin liderlik potensialını gücləndirmək missiyamıza öz töhfələrimizi verəcəyik\\\", - AIESEC təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Apetrey bildirib.

Dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü olan AIESEC təşkilatı gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır. 

Abunəçilərinin sayı artıq 2 milyonu keçmiş Bakcell müştərilərinin ehtiyaclarını daim öyrənmək və onlara ən yaxşı xidməti göstərmək üçün 2010-cu ilin fevralında öz işçiləri üçün böyük Təlim Mərkəzini açıb. Bu günədək Bakcell aşağıdakı təlim layihələrinə vəsait ayırıb: Bakcell-in \\\"Mercer\\\" şirkəti ilə birgə həyata keçirdiyi rəhbər heyətin peşəkarlığının inkişafına yönəlmiş \\\"Bakcell Formula\\\" programı, Bakcell-in tələbələr üçün \\\"Bakcell Məzun\\\" proqramı, Bakcell və \\\"Junior Achievement Azərbaycan\\\" təşkilatının texniki fakültələrin tələbələri üçün \\\"Mobil Telekommunikasıya Biznesinə Giriş\\\" proqramı, eləcə də Bakcell və AIESEC təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.