Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

31-01-2019 / 15:35

Bakcell şirkəti İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi ilə birgə yerli oyun developerləri üçün Global Game Jam® (GGJ) hackathon tədbirini təşkil edib.

Xeberler.az  bildirir ki, Global Game Jam® (GGJ) dünyanın müxtəlif ölkələrində təşkil olunan ən iri oyun yazma müsabiqəsidir. Oyunların yazılması üzrə keçirilən bu beynəlxalq hackathon yarışması insanlara bir araya gəlib yaradıcılıqnan məşğul olmaq, təcrübəni bölüşmək və özlərini video oyunlar vasitəsilə ifadə etmək üçün imkan yaradır. Bütün dünyadan olan developerlər 48 saat ərzində yeni texnoloji alətləri ilə taniş olmaq, özünü yeni sahələrdə sınamaq, bacarıqlarını göstərmək və tam yeni bir oyunu yaratmağa dəvət olunurlar. Bakıda keçirilmiş müsabiqənin 17 nəfər iştirakçısı 3 komandaya bölünüb 3 yeni oyun yazmağa nail olublar. Tədbirin sonunda bütün iştirakçılara ASAN INNOLAND Mərkəzinin əsas sponsoru olan Bakcell şirkətindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, keçən ilin sonunda Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə