Bakcell yeni baş icraçı direktorun işə başlayacağını elan edir

16-04-2019 / 16:31

Bakcell şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə cənab Rainer Rathgeber təyin ediləcək. O, şirkətdə fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bitdikdən sonra başlayacaq.

Xeberler.az  bildirir ki, telekommunikasiya sahəsində 20 illik iş təcrübəsinə malik olan cənab Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada “Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber “T-Mobile International AG”də vitse-prezident, “T-Mobile Croatia”da baş icraçı direktor, “Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, “OTE Group Greece” və “Romtelecom Romania”da direktorlar şurasının üzvü olub. O həmçinin, Abu Dabidə “Etisalat Groupd”da baş kommersiya
direktoru, Nigeriyanın “EMTS” şirkətinin və Pakistanın “PTCL” və “Ufone” şirkətlərinin direktorlar şurasının üzvü, Pakistanın “Ufone” şirkətində baş icraçı direktor, Pakistanın “Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) direktorlar şurasının sədri kimi vəzifələrdə çalışıb.

“Bakcell Azərbaycanın telekommunikasiya sektorunda güclü mövqeyə malikdir və son illərdə xüsusilə böyük nailiyyətlər əldə edib. Bu sırada mən qlobal telekommunikasiya sektorunda böyük əhəmiyyət daşıyan “ən sürətli mobil şəbəkə” və “best in test” (“sınaq nəticələrinə görə ən yaxşı”) mükafatlarını, sürətlə genişləndirilən 4G şəbəkəsini və müştəri xidmətləri sahəsində innovasiyaların tətbiqi kimi məqamları xüsusilə vurğulamaq istərdim. “Bakcell”in davamlı inkişafı üçün öz peşəkar təcrübəmdən və bacarıqlarımdan tam olaraq istifadə edəcəyəm. İnanıram ki, şirkətin peşəkar komandası ilə birlikdə “Bakcell”in bundan sonra da uğurlu inkişafını davam etdirəcəyik”, deyə cənab Rathgeber bildirib.

2016-cı ilin may ayından 2019-cu ilin aprel ayınadək “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış cənab Nikolai Beckers şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib. Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Şirkətin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təqdim edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.