“Bakcell”dən “Ulduzum” mobil tətbiqi

29-05-2015 / 21:10

 “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramının üzvləri üçün xüsusi mobil tətbiq təqdim edib.

Xəbərlər-ə verilən məlumata görə, Bu pulsuz proqram sayəsində  “Bakcell”  abunəçiləri 120-dən çox “Ulduzum” partnyoru tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən  daha asan yolla faydalana biləcəklər.
 
“Ulduzum” abunəçiləri mobil tətbiqi telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan “Ulduzum” tərəfdaşı haqqında məlumat ala, “Ulduzum” endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və  digər yeniliklər barədə ətraflı məlumat əldə edə bilərlər.

“Android” əməliyyat sistemli mobil cihazlara “Ulduzum” tətbiqini  https://goo.gl/pOci5l , “IOS” əməliyyat sistemli cihazlara  https://goo.gl/KZKuta linkindən yükləmək olar.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə