Bakı aeroportunda problem yaranıb

10-08-2018 / 16:36

Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.

Xeberler.az Report-a istinadən məlumat verir ki, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər. Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.

Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb.
Xəbəri hazırlayarkən məlumat aldıq ki , artıq sistemin fəaliyyəti bərpa olunub.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə