Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015 / 14:24

Bakı Ali Neft Məktəbi Axen Universiteti ilə birlikdə Bərpaolunan Enerji Mərkəzi yaradır.

Xəbərlər-in məlumatına görə, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun Almaniyanın Düsseldorf şəhərinə səfəri çərçivəsində Avropanın tanınmış şirkətlərindən olan E.On şirkətinin dəstəyi ilə və Axen Universiteti ilə birlikdə Bərpaolunan Enerji Mərkəzinin yaradılması haqqında sənəd imzalayıb.

E.On şirkəti alternativ enerji, tədqiqat, istehsal və qlobal enerji məsələləri sahəsində ixtisaslaşmış dünyanın ən böyük şirkətlərindən biridir. Şirkətin sözügedən sahələrdə uzunmüddətli və geniş təcrübəsi BANM-də ən müasir texnologiyalarla təchiz olunmuş mərkəzin qurulmasında hərtərəfli texniki dəstək göstərməyə imkan yaradacaq.

Səfər çərçivəsində, eyni zamanda, Axen Universiteti ilə Bərpaolunan Enerji Mühəndisliyi və Geologiya Mühəndisliyi üzrə birgə kadrların hazırlanması barədə niyyət protokolu imzalanıb. BANM ilə Axen Universiteti arasındakı əməkdaşlıq bakalavr pilləsində universitetin tədris proqramları çərçivəsində və müasir təlim texnologiyaları əsasında BANM-də ingilisdilli mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. (trend)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.