Bakı Fond Birjasının saytının yeni versiyası istifadəyə verilib

17-11-2015 / 12:08

Bakı Fond Birjasının rəsmi internet saytı (bfb.az) yenilənib.
 
BFB-dən Xeberler.az-a verilən məlumata görə,  saytın yeni versiyası daha interaktiv və dinamik olmaqla yanaşı, dizayn və funksionallıq baxımından bu sahədə tətbiq edilən qabaqcıl informasiya texnologiyaları həllərindən istifadə edilməklə hazırlanıb.
 
İnternet saytın əsas yeniliklərindən biri BFB-də  listinqdən keçmiş emitentlərin ilk elektron məlumat bazasının yaradılmasıdır.
 
Saytın yenilikləri arasında həmçinin, istiqrazların hesablanması üçün onlayn kalkulyatorun təqdim olunması, sayt vasitəsilə emitentlərin BFB-də listinqə onlayn müraciət edə bilmə imkanı və digər müxtəlif elektron xidmətlərin yaradılması yer alır.
 
Yeni sayt geniş ictimaiyyət, o cümlədən emitentlər, investorlar, birja üzvləri və tələbələr üçün nəzərdə tutulub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə