Bakı Metropoliteni vahid kart sisteminə keçir

05-08-2015 / 14:46

Bakı Metropoliteni QSC gediş haqqına görə Bakı Kart vahid nağdsız ödəniş kartlarına keçir. 

Qurumun mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, yeni gediş kartlarının və müvafiq avadanlığın təqdimatı avqustun 6-da keçiriləcək.

Kartların satışa avqustun 8-i çıxarılacağı gözlənilir.

Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq.

Artıq stansiyalarda Bakı Kart-ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.

Yeni kartların qiyməti 2 manat olacaq.

Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.