“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015 / 17:54

Bu gündən “Bakı Metropoliten”QSC-nin yenilənmiş  saytı (metro.gov.az) fəaliyyətə başlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Xeberler.az-a bildirib ki, sayt bir həftə yoxlama rejimində işləyəcək. Növbəti həftədən isə tam fəaliyyətə başlayacaq.

N.Paşayev yeni saytın istifadəçilər üçün üstünlüklərindən danışıb:

“Sayt açılan kimi stansiyaların sxemi əks olunub. Bu sxemdən istifadəçilər stansiyalararası məsafəni öyrənmək mümkün olacaq. Saytda həmçinin stansiyaların tikilməsi, tarixi və memarı barədə məlumatlar da əks olunub. Saytın xəbərlər bölməsində “Bakı Metropoliten”ində görülən işlər barədə ətraflı məlumatlar əldə edə bilər. Turistlər bölməsində ölkəmizə gələn xaricilər Bakı və buradakı obyektlər haqqında məlumat öyrənə biləcəklər. Onlayn-müraciət bölməsində vətəndaşlar həm şikayət, təklifləri barədə müraciət edəcək, həm də artıq sayt vasitəsilə işə qəbul üçün elektron müraciət etmək mümkün olacaq. Həmçinin metrodan, gediş kartlarından istifadə qaydaları barədə də ətraflı məlumatlar saytın müvafiq bölmələrində əks olunub”.

N.Paşayev  onu da vurğulayıb ki, tədricən saytda müxtəlif yeniliklər olacaq:

“Maraqlı təkliflər olarsa, onları da dəyərləndirəcəyik”.

Qeyd edək ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Həmin gündən Bakı Metropoliteninin saytı da fəaliyyətini dayandırmışdı.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.