Bakı Mühəndislik Universiteti Texnoparkına yeni rəhbər təyin edilib

16-03-2017 / 13:14

Məlum olduğu kimi, Azərbaycanda bir neçə texnopark fəaliyyət göstərir. Onlardan biri də Bakı Mühəndislik Uiversiteti ( keçmiş Qafqaz Universiteti) daxilindəki Texnoparkdır.

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Bakı Mühəndislik Universiteti Texnoparkının struktrunda bəzi yeniliklər olub.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, texnoparka yeni rəhbər təyin edilib.

Belə ki, bu vəzifəyə Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov təyin edilib.

 Qeyd edək ki, bu təyinat 2 gün öncə baş tutub.

Samir Məmmədov uzun illər Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində çalışıb.

Bu günə qədər texnoparkda bu vəzifəni İsa Qasımov həyata keçirirdi. Məlumatımıza görə, İsa Qasımov isə texnoparkın layihə meneceri vəzifəsinə təyin edilib.

Onu da bildirək ki, Texnopark yeni inkişaf mərhələsinə başlayıb. Belə ki, əvvəllər Qafqaz Universiteti tərkibində “QUtexnopark” adı ilə fəaliyyət göstərən texnoparkın adı da dəyişdirilərək “BMU Technopark” adlandırılıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, sabah BMU Texnoparkda Yeni Fikir 2017 Müsabiqəsində prosesləri müzakirə etmək və bəzi əhəmiyyətli məqamları müəyyənləşdirmək məqsədilə tərəfdaşların iştirakı ilə geniş tərkibdə toplantının keçiriləcəyi gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.