Bakı sakinləri "Mozilla" nədir, bilirmi? - SORĞU

10-02-2011 / 13:39

"Kompyuter əsri"ndə kompyuterdən istifadə edənlər kifayət qədər çoxdur. Ölkəmizdə də kompyuterdən istifadə, xüsusən gənclər arasında xeyli geniş yayılıb. Kompyuterə aid bəzi terminlər var ki, bu alətdən istifadə edənlər ən azı onların adını bilirlər (və ya bizə elə gəlir ki, bilirlər). Bunlardan biri də "Mozilla" sözüdür. Bu söz, sadə dillə desək, kompyuterdə internetə daxil olmaq üçün istifadə olunan bir proqramdır - internet brauzerdir. Rəsmi rəqəmlərə görə, əhalisinin 50%-i internet istifadəçisi olan Bakı sakinləri görəsən "Mozilla"nın nə olduğunu bilirmi? Bunu öyrənmək üçün yenə Bakı küçələrinə çıxdıq. Əksəriyyətini gənclər təşkil edən sorğu iştirakçiları "Mozilla"ya "soyuq münasibət göstərdilər":

Elçin, 18 yaş: "Brauzerdir, istifadə edirəm."

İslam, 26 yaş: "Blmirəm".

Samir, 29 yaş: "Yox, bilmirəm".

Fuad, 35 yaş: "Kompyuterimin ekranında "Mozilla" var, amma nə olduğunu bilimirəm".

Teymur İlyaslı, professor, 63 yaş: "Eşitməmişəm".

Natiq, 39 yaş: "Yox, eşitməmişəm."

Tərlan Vəliyev, 22 yaş: "Bilmirəm. Siz hardan tapırsınız belə sualları?!".

Nurlan , 24 yaş: "Kompyuterdə olur".

Azər, 37 yaş: "Nə olduğunun bilmirəm. Kompyuterdən istifadə etmirəm. Evdə də istifadəsi qətiyyən mükün ola bilməz".

İlkin, 30 yaş: "Yox, bilmirəm nədir".

Rüfət, 20 yaş: "Bilmirəm".

Nemət, 18 yaş: "Nədir ki, o?"/// deyerler.org


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə