Bakı-Sumqayıt dəmir yolu xətti Wi-Fi ilə təmin edilib

06-10-2015 / 17:46

Bakcell şirkəti Bakı-Sumqayıt dəmir yolu xəttini Wi-Fi şəbəkəsi ilə təmin edib.

Xeberler.az-ın məlumatına görə, Bakcell-in baş satış direktoru Fedja Hadzic bildirib ki, hazırda gündəlik olaraq Bakıdan Sumqayıta və geriyə qayıdan sərnişinlər qatardan istifadə edərkən Wi-Fi-dan yararlana bilirlər.

“Bizim məqsədimiz telekommunikasiya sahəsində tutduğumuz aparıcı mövqeyimizi qoruyub saxlamaqda davam etməkdir. Müştərilərimizə daha yaxşı və daha yüksək səviyyəli xidmətlər göstərə bilmək üçün biz əməliyyatlarımıza daim investisiyalar yatırırıq. Yaxın zamanlarda yeni məhsullarımızı bazara çıxarmağı planlaşdırırıq”, - deyə Bakcell-in baş satış direktoru bildirib

F.Hadziç qeyd edib ki, şirkətin korporativ abunəçilərinin mobil internetə tələbatı daim artır: “Bununla əlaqədar olaraq yaxın gələcəkdə istifadəyə veriləcək yeni məhsullarımız əsasən təqdim etdiyimiz yüksək sürətli 4G xidməti ilə bağlı olacaq”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə