“Bakı -Sumqayıt qatarında pulsuz Wi-Fi var”

14-09-2015 / 13:07

Məlumat verdiyimiz kimi,  Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarı istifadəyə verilib.

Xeberler.az yeni qatarlarda sərnişinlər üçün hansı texnoloji imkanların olması ilə maraqlanıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri  Nadir Əzməmmədov Xeberler.az-a bildirib ki, sərniş qatarı  Wi-Fi sistemi  ilə tam edilib.

Onun sözlərinə görə, istifadəçilər qatara daxil olan kimi şifrəyə ehtiyac olmadan QSC-nin ödənişsiz  Wi-Fi sisteminə qoşula bilərlər:

“İstifadəçilər yeni qatarlara daxil olanda  birbaşa Wi-Fi –ya qoşula bilərlər. Qoşulmaq üçün şifrə tələb olunmur”.

Nadir Əzməmmədovun sözlərinə görə, yalnız Sumqayıtda, Ceyranbatan  gölü  ətrafında Wi-Fi-ya qoşulmaqda müəyyən problemlər yaşanır:

“Bu problem də internet təhcizatını həyata keçirən provayederlə bağlıdır. Hazırda bu istiqamətdə də provayderlə birlikdə fəaliyyətlər davam edir. Vətəndaşların qatarlarda internetə  sürətli və keyfiyyətli çıxışını təmin etməyə çalışırıq”.

Qurum rəsmisi onu da qeyd edib ki, yeni sərnişin qatarında soyutma-istimə  sistemi də yüksək səviyyədə təmin edilib.

Qatarların biznes klaslarında çay və kofe xidmətinin də olduğunu vurğulayan mətbuat katibi,  həmçinin, əlillər üçün xüsusi qurğuların da quraşdırıldığını bildirib.

Qeyd edək ki,  BakuBus avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı – BakıKart-dan  da qatarda  istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq. 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.