Bakıda Alman Dili Tədris Mərkəzinin açılış mərasimi keçirilib

11-09-2009 / 17:21

Bakıda Alman Dili Tədris Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankina, tədris mərkəzinin rəhbəri Zəhra Əliyeva, Höte adına Mədəniyyət İnstitutunun (Gürcüstan) rəhbəri Verner Vyöl çıxış ediblər. Səfir Per Stankina bildirib ki, bu mərkəzin açılışı Azərbaycan və Almaniyanın mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığı baxımından mühüm hadisədir.

Mərkəzin rəhbəri Zəhra Əliyeva bu məktəbin tədris metodikası baxımından digər məktəblərdən fərqləndiyini bildirib: “Mərkəzdə dərs deyəcək müəllimlər Almaniyada kurs keçiblər. Biz tamamilə yeni tədris metodikası tətbiq edir, aktiv şəkildə video və DVD materiallardan istifadə edirik, həmçinin alman dili ilə yanaşı Almaniyanın gündəlik həyatı, mədəniyyət və ənənələr barədə məlumatlar veririk”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.