Bakıda alternativ teleqüllə istifadəyə verilib

28-12-2017 / 16:45

Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib.

Xeberler.az bildirir ki, alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktik işlər aparılarkən işə salınacaq.

Əvvəlcə alternativ teleqüllə vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndirilib. Qüllənin hündürlüyü 140 metrdir.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.