Bakıda audio-video texnologiyaları mütəxəssisləri üçün peşəkar forum keçirilir

31-03-2011 / 00:54

Bu gün Bakıda audio-video texnologiyaları mütəxəssisləri üçün peşəkar forum öz işinə başlayıb. AV Club Birliyinin təşkilatçılığı ilə keçirilən AV Focus Baku-2011 forumunda audio-video avadanlığının istehsalı və satışı üzrə aktual məsələlər müzakirə olunur. 

Forum əsnasında müxtəlif plazma və maye kristal panellər, video-kublar, proyektorlar və proyeksiya ekranları, akustik sistemlər və bir sıra digər maraqlı qurğuların nümayiş etdiriləcəyi nəzərdə tutulur. Forumda məruzə ilə “Mitsubishi” və “Panasonic” kimi şirkətlərin nümayəndələri çıxış edəcək. 

Bundan əlavə, tədbir çərçivəsində iştirakçılar üçün müvafiq treninqlərin keçirilməsi planlaşdırılır. İştirakçılar birbaşa audio-video istehsalçıları ilə ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər. 

AV Club Rusiya, MDB və Şərqi Avropa ölkələrində fəaliyyət göstərən ixtisaslaşdırılmış audio-video texnologiyaları və avadanlıqları, televiziya texnologiyaları istehsalçıları, sistem inteqratorları, nümayəndəlik və distribütorları birləşdirən təşkilatdır.  //ikt.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə