Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

20-05-2019 / 16:27

Bu ilin sentyabr ayında Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Elektron Ticarət Forumu (Baku E-trade Forum) keçiriləcək.

Xeberler.az bildirir ki, bu barədə nazirlikdən bildirilib.

Forum regionda elektron ticarətin inkişafı üçün tövsiyələrin nəzərdən keçirilməsi və onların tətbiqi imkanlarının müəyyənləşdirilməsi üçün beynəlxalq platformanın rolunu oynayacaqdır. Forumda yerli və xarici nümayəndələrin iştirakı gözlənilir.

Sessiyalar zamanı sahə ekspertlərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.