Bakıda Bitcoin Pizza Day keçirilib-Foto

23-05-2018 / 17:47

Bakı Biznes Mərkəzində Blokçeyin Azərbaycan Mərkəzi (BAM) tərəfindən Bitcoin Pizza Day tədbiri keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə dövlət və özəl sektorun nümayəndələri, ekspertlər, sahə ilə əlaqəli mütəxəssislər, bankların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözləri ilə BAM-ın həmtəsisçisi, Portmanat.az-ın rəsmisi Telman Axundov açıb.

Daha sonra Waves platformasının nümayəndəsi Orxan Əhmədov Bitcoin Pizza Day haqda qonaqlara ətraflı məlumat verib.

Onun sözlərinə görə, 2010-cu ilin 22 may tarixində ilk dəfə bu sahədə çalışan developerlərdən biri Bitcointalk forumunda 10 min BTC qarşılığında ona pizza gətirməyi təklif edib.

Həmin an 10 000 BTC-nin dəyəri 25 dollar təşkil edirdi. Hazırda bu məbləğ təxminən 100 milyon dollar deməkdir və həmin pizzalar tarixə ən bahalı pizzalar olaraq düşüblər.

Blokçeyin Azərbaycan Mərkəzinin həmtəsisçilərindən, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirakçılara BAM haqqında, onun məqsədləri və  gələcək fəlaiyyəti  haqqında və Blockchain.az saytının hazırlanması barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, BAM təşkilatçıları da bu günü qeyd etməklə Azərbaycanda sahənin inkişafına diqqət yönəltməyi məqsəduyğun hesab edib.

Keepface platformasının nümayəndəsi Elşad Yusifli Keepmycoin İCO haqda geniş təqdimat edib.

Crypto İnsider platformasının əməkdaşı Nicat Əsədov isə təqdimatında coin-lərin satışı və alışı ilə bağlı maraqlı məqamlara toxunub.

Pizza Day-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NTYTN) şöbə müdiri Rəşad Əzizov, Lenovo şirkətinin rəsmisi Rasim Bəxşi, Keepface platformasının həmtəsisçisi Emin Vəliyev, ekspert Rəşad Camal və digərləri də çıxış edərək, sahə ilə bağlı fikir mübadiləsi aparıb.

Tədbirdə Waves Platformasının geniş təqdimatı da olub. Qeyd edək ki, bu barədə məlumatı platformanın ölkə üzrə yeni təyin olunan nümayəndəsi Orxan Əhmədov paylaşıb.

Bitcoin Pizza Day-də blokçeyn texnologiyalardan istifadə edən milli və beynəlxalq layihələr haqqında məlumatlar verilib.

Tədbirdə qonaqlara müxtəlif növ pizzalar təqdim edilib. Rəsmi təqdimatlardan sonra Bitcoin Pizza Day netvörkinq ilə davam edib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda blokçeyn və kriptovalyuta sahəsində çalışanları və bu sahəyə maraq göstərənləri bir araya gətirmək, tanışlıq təşkil etmək və faydalı müzakirələr aparmaqdır.

Tədbirin sponsorları Bakcell, Waves, Portmanat. CRYPTOINSIDER, Papa Johns Pizza, Keepface şirkətləridir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.