Bakıda Bitcoin Pizza Day qeyd olunacaq

13-05-2019 / 17:28

Mayın 22-də Bakıda "Bitcoin Pizza Day” adlı görüş keçiriləcək.

Xeberler.az bildirir ki, bu il baş tutacaq görüş ötənilkindən fərqli olaraq konfrans şəklində deyil, daha çox "networking" formatında, yəni, müxtəlif sahələrin nümayəndələri öz aralarında iş əlaqələri qurmaq üçün nəzərdə tutulan formatda təşkil olunacaq. İştirakçılar qeyri-rəsmi şəraitdə sektoral mövzu ilə ünsiyyət qura biləcəklər.

Qeyd edək ki, dünya "Bitcoin" icması bu günü hər il qeyd edir. 22 may 2010-cu il tarixi Las-Veqasdan olan proqramçı Laszlo Heinitz 2 pizzanı 10 min "Bitcoin" ödəməsi hadisəsi ilə yadda qalıb. Bu, kriptovalyutanın hazırkı məzənnəsi ilə təxminən 99 mln. manat təşkil edir.

Chip.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə