Bakıda Blockchain Bitcoin Conference Baku tədbiri keçiriləcək

07-08-2018 / 12:46

Sentyabrın 27-də Bakıda blokçeyn və kriptovalyutalar sahəsində dünyanın tanınmış mütəxəssisləri bir araya gələcəklər.

Xeberler.az məlumat verir ki, azərbaycanlı sahibkarlar və investorlar ilə birlikdə onlar kriptovalyuta bazarının ölkədəki vəziyyətini müzakirə edəcək və blokçeynin tətbiqinə dair praktiki keyslərə dair öz təcrübələrini bölüşəcəklər.

Belə ki, Smile-Expo şirkətinin təşkil etdiyi və blokçeyn bazarına, kriptovalyutalara və ICO-ya (İlkin Koin Yerləşdirməyə) həsr olunmuş Blockchain Bitcoin Conference Baku bu görüşün səbəbkarıdır.

Qeyd edək ki, tədbirin rəhbəri Anastasiya Kulakova ölkədə kriptovalyutalardan sərbəst istifadə etməyin mümkün olduğunu vurğulayıb: “Azərbaycanın kriptovalyuta sənayesindəki inkişafın müsbət dinamikasını həm biznes icmaları, həm də qanunverici orqanlar vurğulayır. Ölkədə kriptovalyutalardan sərbəst istifadə etmək mümkündür — bundan əlavə, onlar vergi xidməti sayəsində hüquqi müstəviyə keçiriləcəkdir. Aprel ayında isə Kriptovalyuta Bazarı və Blokçeyn Texnologiyasının Tədqiqi və Inkişafı Mərkəzi yaradılıb.”

Konfrans haqqında Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Böyük Britaniyadan olan kriptovalyuta üzrə ekspertlər qonaqları gözləyir. Tədbirin əsas spikerləri:

  • Elnur Quliyev — Kriptoinvest.az adlı kriptosənaye haqqında internet resursunun təsisçisi. O, Azərbaycanda rəqəmsal texnologiyalar bazarının vəziyyəti haqqında məlumatlarla bölüşəcək və ICO (İlkin Koin Yerləşdirmə) ilə bağlı məsələləri ayrıca təhlil edəcəkdir.
  • Məryəm Tağıyeva — Britaniya Analitik Mərkəzinin Vətəndaşlıq, Sahibkarlıq və İdarəetmə Elmi Mərkəzinin Baş Sistem Arxitektoru. O, dünya səviyyəli konsaltinq şirkətini necə tapmağın sirləri ilə bölüşəcəkdir.
  • Orxan Əhmədov — yerli ictimaiyyətlə əlaqələr üzrə menecer və Waves platformasının Azərbaycan üzrə səfiri. Spiker, blokçeyn texnologiyasını uğurla tətbiq edən azərbaycan şirkətləri haqqında danışacaqdır. Bundan əlavə Orxan, Waves platformasında tokenseyli necə işə salmağın yollarını açıqlayacaqdır.
  • İqor Porox — İTuber onlayn investorlar icmasının əməliyyatlar üzrə baş direktoru. O, treydinq və kriptovalyuta bazarı haqqında çıxış edəcəkdir: təməl biliklərdən tutmuş risklərin hesablanmasına kimi.
  • Artyom Koltsov — Rusiya Federasiyası Dövlət Dumasında rəqəmsal iqtisadiyyat və blokçeyn texnologiyaları üzrə Ekspert şurasının sədri. O öz məruzəsini tokenseyllərə yatırılan asiya investisiyalarının xüsusiyyətlərinə həsr edəcəkdir.

Bildirək ki, kriptovalyutaların əldə edilməsi üçün aparat həlləri, blokçeyn platformaları və onlara aid Proqram Təminatı, hüquq və konsaltinq xidmətləri — bütün bunlar konfrans ilə pararlel olaraq fəaliyyət göstərəcək olan sınaq zonasında tədbirin ziyarətçilərinin öhdəsinə buraxılacaqdır. Burada beynəlxalq blokçeyn sənayesini təmsil edən şirkətlərin stendləri yerləşdiriləcəkdir.

Qeyd edək ki, Blockchain Bitcoin Conference Baku tədbiri Xəzər dənizinin sahilində yerləşən dəbdəbəli Hilton Baku otelində keçiriləcəkdir. Ünvan: AZ1000, Bakı, Azadlıq prospekti, 1B.

Tədbirin təşkilatçısı dünyanın 25 ölkəsində Blockchain World Events adlı blokçeyn texnologiyalarına həsr olunmuş tədbirlərin qlobal şəbəkəsinin əsasını qoymuş Smile-Expo şirkətidir. Tədbirin proqramını və digər təfərrüatları Blockchain Bitcoin Conference Baku saytından əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə