Bakıda “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

22-07-2015 / 11:59

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə avqustun 27-29-da Bakı şəhərində COIA-2015 – “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda 5-ci Beynəlxalq konfrans (Control and Optimization with Industrial Applications (COIA-2015) keçiriləcək.
 
Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, konfrans Bakı Dövlət Universitetində təşkil olunacaq. 

Beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur.
 
Konfransın mövzularına Nəzarət və optimallaşdırma, Qlobal optimallaşdırma, Forma optimallaşdırma,  İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları, İntellektual və qeyri-səlis nəzarət, Optimal nəzarətin ədədi üsulları, Tətbiqi proqramlar, Şəbəkə və telekommunikasiya sistemləri, Neft sənayesi, İqtisadiyyat, Riyazi modelləşdirmə kimi istiqamətlər daxildir. Beynəlxalq konfransda Türkiyə, İran, Ukrayna, Şimali Kipr, Nigeriya, Belarus, Rusiya, Bolqarıstan, Çin, Küveyt, Laqos, Qazaxıstan, Fransa, Əlcəzair, Malayziya, Polşa, Misir, Oman, Pakistandan olan mütəxəssislər iştirak edəcəklər.
 
Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda ilk konfrans 2005-ci ildə Bakıda təşkil edilib. Növbəti COIA konfransının iyunun 27-29-u 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərində St John Universitetində keçirilməsi planlaşdırılır.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə