Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-05-2012 / 04:22
Bu gün Bakıda Distant Təhsil mərkəzi açılıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron təlimləndirən sistemlər” layihəsinin əsas komponentlərindən biri olan mərkəz xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. Bugünkü tədbir çərçivəsində “Məsafədən məktəb”  internet portalının da təqdimatı keçirilib.
Mərkəzin açılış mərasimində təhsil naziri Misir Mərdanov iştirak edib.
Qeyd etmək lazımdır ki, “Elektron təlimləndirən sistemlər” layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompüter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və internetə çıxış imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində 30 şagird və 7 müəllim heyətinə noutbuklar təqdim edilib, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq yüksək sürətli internet bağlantısı ilə təmin olunub.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.