Bakıda Dron Olimpiadası keçiriləcək

18-03-2019 / 10:57

Cari il mart ayının 30-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və “RoboPark”-ın tərəfdaşlığı ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Sabis Sun Beynəlxalq Məktəbində Dron Olimpiadası keçiriləcək.
 
Xeberler.az  bildirir ki, olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhsil alan 7-12 yaş arası 60 şagird 3 kateqoriya üzrə ən uğurlu pilot olmaq uğrunda mübarizə aparacaqlar.
 
Qeyd edək ki, onlar ötən ilin sentyabr ayından etibarən AREA-nın “Mən pilotam” dron tədris proqramında hazırlıqlara başlayıblar.
 
Şagirdlər öz gücünü “Drone Race”, “Drone Football” və “Drone Challenge” olmaqla 3 fərqli kateqoriyada sınayacaqlar.  Onlar “Drone Race” kateqoriya üzrə ən sürətli pilot olmaq üçün yarışacaqlar. Şagirdlərin ən çox sevdiyi kateqoriya olan  “Dron Football”-da dronlarla havada futbol oynanılacaq. Şagirdlər arasında ən böyük rəqabət “Drone Challenge” kateqoriyasında olacaq.
 
Hər kateqoriya üzrə ilk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif ediləcəklər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə