Bakıda futbol üzrə kiber çempionat keçiriləcək

12-04-2019 / 11:29

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar kiber çempionat təşkil olunacaq.

Xeberler.az  bildirir ki, yarışa qeydiyyat aprelin 22-dək davam edəcək. Aprelin 24-də isə püşkatma keçiriləcək. Çempionatda yalnız 128 nəfər iştirak hüququ qazanacaq. Oyun FIFA2019 qaydaları əsasında təşkil olunacaq.

Qeyd edək ki, iştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün https://finalbaku2019.az/cybercup/ səhifəsində "Qaydalar" düyməsinə klikləməklə, məlumat əldə etmək olar.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 manat pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 manat pul mükafatı veriləcək. Çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə olunacaq.

Çempionatda iştirak etmək üçün https://forms.gle/6t4p9rLhFzUo8dUu6 linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/cybercup/ saytından əldə etmək olar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.