Bakıda ictimai yerlərdə foto köşklər quraşdırılacaq

29-10-2009 / 14:05

2010-cu ildən Bakı otellərində, mağazalarında və ticarət mərkəzlərində foto aqreqatlar qurşadırılacaq. Onların köməkliyi ilə istəyən şəxs şəklini çıxara bilər. Bu barədə  KÜR kompyuter texnikası istehsalı zavodunun baş direktoru Rizvan Osmanov Trend-ə bildirib.

Osmanovun sözlərinə əsasən, hazırda paytaxtda bir studiya və stasionar foto köşk quraşdırılıb. Kompyuterlə yanaşı aparatlara sensor ekranlar və 10x15, 13x18 и 15x23 formatında şəkillərin çıxarılması üçün sublimasiya printerləri birləşdirilib. Foto köşkdə bir şəklin qiyməti 0,25-0,30 təşkil edir. Köşklər qəpik qəbulu qurğuları və çek termosublimasiya printerləri ilə təchiz olunub.

Foto köşkün proqram təchizatı şəkilləri redaktə etməyə və onları rəqəmsal daşıyıcılara (CD, DVD-disklərə, yaddaş kartları və USB) köçürməyə imkan verir.

Qurğuların qiyməti konfiqurasiyasından asılı olaraq beş min manat təşkil edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə