Bakıda İT şirkətləri üçün beynəlxalq konfrans keçirildi

12-03-2013 / 18:20
Bu gün Bakıda «İKT ili» çərçivəsində İT şirkətlər üçün beynəlxalq praktik konfrans keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, konfransda MDB ölkələrini təmsil edən bir neçə İT ekspertlər iştirak ediblər.
«RBC group» şirkətinin təşkil etdiyi tədbirdə «QlikView» proqram təminatı təqdim olunub. Şirkətin ölkə üzrə drektoru Zaur İbrahimov konfransın keçirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstək verdiyini önə çəkərək bildirib ki, bir günlük konfrans zamanı bir sıra MDB ölkələri ilə «video-körpülər qurulacaq və «QlikView» proqram təminatı ətrafında fikir mübadiləsi aparılacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə