Bakıda jurnalistlər və bloggerlər üçün təlim keçiriləcək

06-11-2009 / 17:50

Təlimi Danimarkadan xüsusi dəvət olunmuş təcrübəli müxbir Yan Dalman aparacaq

Axır vaxtlar iqlim dəyişikliyi mövzusu dünya media nümayəndələri, siyasətçiləri, alimləri, adi insanlar və ən böyük şirkətlər arasında geniş müzakirə obyektinə çevrilib. Bu bir faktdır. Əsrlər ərzində, atmosfer istixana qazları üçün tullantılar atılan yer kimi istifadə edilmişdir və bu gün bəşəriyyət qarşısında bu prosesin real təhlükə sualı dayanıb. Bu çox vacib sualdır.

İqlim dəyişir: Hərarət qalxır, buzlaqlar əriyir, dəniz səviyyəsi yüksəlir, su təchizatı təhlükə altındadır. Çaylar və kənd təsərrüfat yerləri quruyur, səhraların sayı artır. Bioloji müxtəliflik dəyişir. Arktika əriyir, dəniz isinir. Ərzaq istehsalı dəyişməklə yanaşı hətta yox ola bilər.

İqlim dəyişikliyi haqqında bu ümumi anlayışı dəyişməkdə media aparıcı rol oynayır.

Bu mühüm məsələlər haqqında geniş auditoriyaya məlumat vermək üçün öhdəçilik məhz jurnalistlərə düşür. Məhz bu məqsədlə dünyanın mühüm siyasətçiləri, görkəmli ictimai xadimləri , alimləri və jurnalistləri Kopenhagendə keçiriləcək BMT-nın İqlim Dəyişikliyi Konfransına, hazırlaşarkən, ATƏT-in Bakı Ofisi, İnternational Media Support və Azərbaycan Media Mərkəzi iqlim dəyişikliyi mövzusunda beş günlük media təlimi elan edir.

Təlimi Danimarkadan xüsusi dəvət olunmuş iqlim ilə bağlı məsələləri işıqlandıran təcrübəli müxbir, Yan Dalman aparacaqdır. Təlimin məqsədi—iqlim dəyişikləri haqqında kəskin məqalələr və reportajlar hazırlamaq, və bu vasitə ilə ictimaiyyətin həmin məsələlərə diqqətini cəlb etməkdir.

Təlim iqlim dəyişikliyini və ekoloji problemləri əhatə etmək üçün maraqlanan jurnalistlər, vətəndaş müxbirlər və bloqerlər üçün nəzərdə tutulur.

Təlim Azərbaycan Media Mərkəzində 9-15 Noyabr tarixlərində saat 10.00-dan 17.00-dək keçiriləcək. Təlim iştirakçıları üçün nahar yeməyi və çay fasiləsi təşkil olunacaq. İştirak pulsuzdur ancaq yerlər məhduddur. İştrak etmək istəyənlər CV-ni [email protected] elektron ünvanına göndərə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə