Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016 / 17:24

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılması davam etdirilir.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, hazırda paytaxtın normadan çox yüklənən kabel-kanal sistemində səliqə-sahman yaradılır. Artıq xeyli sayda quyu texniki normalara uyğunlaşdırılıb.  

Həyata keçirilən işlərin nəticəsi olaraq bütün normativ tələblərə cavab verən, keyfiyyətli və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların tələbatına cavab verən kabel-kanal sistemi yaradılacaq.

Qeyd edək ki, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdi. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.