Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

30-09-2015 / 11:04

Xəbər verdiyimiz kimi, 2019-cu ilin Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək.

Xeberler.az olaraq Bakıda keçirilicək olimpiadaya hazırlıq işləri ilə bağlı maraqlandıq.

Təhsil Nazirliyindən Xeberler.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu ildə Beynəlxalq İnformatika olimpiadasının Azərbaycanda keçirilməsi və informatika fənni üzrə Beynəlxalq olimpiadalarda daha yüksək nailiyyətlər əldə etmək məqsədi ilə Təhsil Nazirliyi ADA universiteti ilə əməkdaşlıq edir.

Nazirlikdən Xeberler.az-a verilən məlumatda qeyd olunur ki, hazırlıq ərəfəsində Bakı və Sumqayıt şəhərlərinin bir neçə məktəbində proqramlaşdırma sinifləri qurularaq həmin siniflərdə şagirdlərin olimpiadalara hazırlıq prosesi aparılacaq.

ADA universitetinin əməkdaşları həmin proqramlaşdırma siniflərində tədris ili boyunca olimpiadalara hazırlıq məşğələləri apararaq şaghirdlərin yetişməsinə xidmət göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada 1994-cü ildən iştirak edirlər. 1989-cu ildən başlayaraq İnformatika üzrə Beynəlxalq Olimpiada hər il və müxtəlif ölkələrdə keçirilir. İştirakçı ölkələrin sayı ildən ilə artır.

İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak etmək üçün namizəd-ölkələr kifayət qədər mürəkkəb müsabiqə prosedurundan keçməlidirlər. Ona görə də hər il iştirakçıların sayı iştirak etmək istəyənlərin sayının çox olmasına baxmayaraq bir o qədər də artıq olmur.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.