Bakıda keçirilən İnfluencer Day-də nələr oldu?-Foto

02-10-2017 / 09:48

Məlumat verdiyimiz kimi, Bakıda Orta Asiya və Qafqaz regionunda ilk dəfə influencer marketinqə həsr olunmuş tədbir keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə influencer platforması olan Keepface  təqdim edilib.

Dreamland yaşayış və əyləncə kompleksində  keçirilən İnfluencer Day-də Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərin rəhbər şəxsləri, informasiya agentliklərinin nümayəndələri, mətbuatda və sosial mediada nüfuz qazanmış, maraqlı kontent yaratmaqla izləyiciləri tərəfindən sevilən influencer-lər iştirak edib.

Platformanın həmtəsisçisi Emin Vəliyev Keepface və influencer marketinq ilə bağlı geniş təqdimatla çıxış edib.

O, bu sahədə sosial medianın önəmini vurğulayaraq qeyd edib ki, sosial mediada olanlar inkişaf edir.

Həmtəsisçi deyib ki, Influencer-lərin beşinci təsnifat qrupuna daxil olan sosial şəbəkələrdəki "Səhifələr" və "Qruplar" üstünlük əldə edəcəklər.

Qeyd edək ki, ümumilikdə Influencer-lər 5 təsnifata - məşhurlar, kreatorlar, engeycerlər, mikro influenserlər, səhifələr və qruplara bölünürlər.

Emil Vəli onu da diqqətə çatırıb ki, yaxın zamanda Azərbaycanda Influencer Akademiyası yaradılacaq.

Daha sonra layihənin yaradıcılarından Vaqif Abbasov çıxış edərək influencer-lərlə bağlı dünya və Azərbaycan bazarında apardıqları araşdırmanın nəticələri barədə danışıb.

O bildirib ki, yaxın bir il ərzində dünyada 53 faiz brendlər influencer marketinqdən istifadə etməyi hədəfləyir, Azərbaycanda isə bu, 48 faizdir:

“Çünki ölkəmizdə bu sahə yenidir və brendlər istəyir ki, yeni növ marketinqdən istifadə etsin. Ona görə də, bizim ölkədə faiz daha yüksəkdir”.

Vaqif Abbasov onu da deyib ki, Azərbaycanda  influencer marketinqi daha şox şirkət daxilində edirlər.

Onun sözlərinə görə, il yarımdan çoxdur fəaliyyət göstərən Keepface platformasında 2 mindən çox influencer qeydiyyatdan keçib:

“Platformada 4 min 500-dən çox  sosial media hesabı açılıb. Həmçinin, 22 min 500-dən çox post paylaşılıb”.

Həmtəsisçi qeyd edib ki, Azərbaycanda Samsunq, Bank of Baku, Taxify, Azər Türk Bank, AzərSüd, Super Sun, Uber, Dəmir Bank, Lays, Butam kimi şirkətlərlə işləyirlər.

Vaqif Abbasov, iştirakçılara Keepface-də qeydiyyatdan keçmək qaydaları ilə bağlı ətraflı məlumat verib.

Layihənin texniki tərəfini işləyən, İT sektorundan tanıdığımız Elşad Yusifli isə bu barədə detallı məlumatları paylaşıb.

Onun sözlərinə görə, bu kimi platformaların yaradılmasında Big Data həllərindən istifadə edilir (bu barədə ətraflı yazımız olacaq).

Daha sonra tədbir panel müzakirələri ilə davam edib.

Müzakirələrdən sonra sosial mediada müxtəlif sahələr üzrə aktiv paylaşımları ilə tanınan şəxslər mükafatlandırlıb.

Siyahını təqdim edirik:

-Son zamanlarda videoları ilə gündəm olan, sosial mövzulara toxunan - Əlixan Rəcəbov

-Dəb sahəsində maraqlı faydalı bloq postlar hazırlayan  - Şəbnəm Mahmudlu

-Makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan - Nəzrin Əliyeva

-Faydalı videolarına həvəslə sonuna qədər baxdığımız, zehnimizi silkələyən - Fuad Əliyev

-Cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən  - Həmid Həmidli

-Elmi-İntelektual paylaşımları ilə maraq qazanan - Yalçın İslamzadə

-Dünyada kəşf ediləcək yerləri bizlərə tanıdan, Zirvələri sözün əsl mənasında fəth edən Baba Ağayev

-Mütəmadi bloq yazılaı ilə maarifləndirici tövsiyələr verən - İlham Əli Yusif

İştahımızı artıran, paylaşımları ilə göz zövqümüzü oxşayan - Günel Fərhadlı

Həftə sonlarını xüsusi menuları ilə dadlandıran - Aygün İsmayılzadə  

Öyrədici videolar hazırlayan və Azərbaycan dilində kontent inkişafına dəstək olan ana bloqer - Səma Abıyeva 

Səma Abıyeva bloq fəaliyyəti ilə bağlı maraqlı, yaddaqalan günlərindən birini yaşadığını bölüşüb:

“Orta Asiyada və Qafqazda ilk influencer marketinq platforma olan Keepface tərəfindən mükafatlandırıldım. Cəmiyyət üçün sosial mediada faydalı kontent yaradan youtuber kimi.
minnətdaram və məmnunam”.

Təqdimatdan somra iştirakçıların Dreamland yaşayış və əyləncə kompleksi ilə tanışlığı məqsədi ilə tur da təşkil edilib. 

Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru Dreamland Baku Golf Villas & Residences-dir. Tədbirin digər sponsorları Bakcell, Chelebi, Hooki Cafe, AzGranata, Vitam və Trade Mark Leo Burnett şirkətləridir.

 

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.