Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015 / 21:55

Bakıda azərbaycanlı startaplar arasında keçirilən  Seedstars World müsabiqəsini qalibləri açıqlanıb. 

Xeberler.az-ın verdiyi məlumata görə,ümumilikdə yarışda 12 yerli startap iştirak edib. 

Hər bir layihəyə 6 dəqiqə vaxt ayrılıb və onlar bu vaxt ərzində layihələri barəsində ən vacib məlumatları münsiflər heyəti ilə paylaşıblar.

Müsabiqənin qalibi Dronee startapı olub.  Onlar 2016-cı ildə fevral ayında İsveçrədə keçiriləcək Dünya Startap Yarışmasının finalında iştirak edəcəklər.

İkinci yeri Flapus startapı tutub, 3-cü yerə isə BethClip layiq görülüb. Daha ətraflı burada. 

Ümumdünya Startap Müsabiqəsinin yerli seçimləri Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ADA Universitetinin təşkilatı dəstəyi ilə təşkil edilib.

Müsabiqədən fotoları təqdim edirik:

 Məltəm Talıbzadə

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.