Bakıda Mentor Talks tədbiri keçirilib

24-04-2018 / 13:31

Pulman hoteldə 7 spikerin çıxışı ilə Mentor Talks tədbiri baş tutub.

Xeberler.az bildirir ki, sloqanı “Gələcəyini bu gün inşa et!” olan tədbirin ilk kateqoriyası özünü inkişaf sahəsi olub.

Layihə rəhbəri Şamil Bağmanov Mentor Talks-un ölkə üçün önəmindən danışaraq tədbiri açıq elan edib.

Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin bir-birindən fərqli təqdimatları və özünəməxsus çıxışları iştirakçıları təəccübləndirib.

İştirakçıların marağına səbəb olan nüanslardan biri ucqar kənd müəllimi Həbib Əlizadənin səhnəyə kəndlərə kitab payladığı velosipedlə çıxması olub.

#MentorTalks’da təklif olunan "İanə" biletin digər biletlərdən fərqi onda olub ki, həmin bilet məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq.

Klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanıblar.

Qeyd edək ki, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə Rainergy ixtirasıyla qatılaraq böyük uğura imza atan 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova da tədbirin qonaqları arasında olub.

#MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışları olan tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya, məlumat və baxış açısı paylaşmaqdır.

İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan bu tədbir özünü inkişaf, biznes, təşəbbüskarlıq, texnologiya, marketinq, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə