Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015 / 17:29

Martın 12-də “Microsoft Azerbaijan” şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ənənəvi “Microsoft” İnnovasiya Gününü (“Microsoft Innovation Day”) keçirəcək.

Şirkətdən Xəbərlər-ə bildiriblər ki, müasir insanın həyatı bulud texnologiyaları ilə sıx bağlıdır: işdə, təhsildə, məişətdə, sosial həyatda, əyləncədə, səyahətdə və s. Bütün bunları nəzərə alaraq, “Microsoft Azerbaijan” şirkəti builki “Microsoft” İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunacaq və ən müasir texnoloji yenilikləri əhatə edəcək.

“Microsoft” İnnovasiya Günündə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov, “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi (Vicky Rentzepi) və digər rəsmi şəxslər çıxış edəcəklər. Bundan başqa, “Microsoft” əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək. Eyni zamanda, “Windows” əsaslı cihazları, həmçinin işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcək, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışacaqlar.

Bununla yanaşı, tədbir çərçivəsində avtomobil sənayesində inqilabi yeniliklər yaratmış “Tesla” avtomobilinin innovativ funksiyaları və üstün texnologiyaları nümayiş olunacaq.

Qeyd edək ki, “Microsoft Innovation Day” – “Microsoft” Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.