Bakıda mobil telefondan istifadəni qadağan edən məktəblərin sayı artır

25-02-2013 / 20:31

"Orta məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı qadağaya artıq Bakı şəhəri üzrə 50-dən çox məktəb qoşulub. Buna orta məktəblərin pedoqoji şuraları qərar verir. Bu barədə qərara gəldikdən sonra valideyn iclaslarında bütün valideynlərə bu barədə məlumat verilir”. 
Bu məlumatı Movqe.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı verib. Z. Əliqızının sözlərinə görə, artıq orta məktəblərdə şagirdlər arasında mobil telefondan istifadənin yasaqlanması ilə bağlı marifləndirmə işləri öz faydasını verməkdədir. 

Sektor müdiri bu qadağadan narazı qalan valideynlərə də ismarıc yolladı: "Artıq valideynlərin xeyli hissəsi orta məktəblərdə şagirdlərin mobil telefondan  istifadəsinin qadağan olunması ilə razıdır. Valideynlər də başa düşürlər ki, məktəblinin dərsə mobil telefonla gəlib dərsi pozması yolverilməzdir. İkinci tərəfdən bu məktəblilərin sağlamlığı üçün də təhlükəlidir.
Şagirdlərə məktəbdə mobil telefondan istifadə etməyi yasaqlayan ilk orta məktəb olan, Bakı şəhəri 67 saylı orta məktəbin direktoru İradə Bayramova isə bu qadağalara qarşı olan valideyn və şagirdlərə belə cavab verdi: "Mobil telefon məktəblinin dərs ləvazimatına aid əşya deyil. Ona görə də, orta məktəbə mobil telefon gətirməyin yasaqlanmasını qanunsuzluq adlandırmaq olmaz. Bəziləri deyirlər ki, bunula uşaqların güya hüququnu pozmuş oluruq. Əksinə, dərsə mobil telefon gətirən şagird müəllimin dərs demək, digər uşaqların isə savadlanmaq hüququnu pozur."


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə