Bakıda Monex Caspian Summit keçirilir

30-05-2019 / 23:32

Bakıda “Monex Caspian” beynəlxalq sammiti işə başlayıb.

Xeberler.az bildirir ki, tədbirin əsas tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Synergy Partnership” və "FA İnternational Trade Events" şirkətləri, Azərbaycanda Amerika Ticarət Palatasıdır (“AmCham”).

“InnoFest” çərçivəsində baş tutmuş genişmiqyaslı sammit sərgi və 2 günlük konfransla yanaşı Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və dünyaca məşhur ifaçı INNA-nın iştirak edəcəyi “Monex Party” kimi tədbirlərdən ibarət olacaq.

"Monex Summit”də 300-dən çox yerli və xarici şirkətin, regional dövlətlərin Mərkəzi Banklarının, “PAŞA Bank”, “Societe Generale”, “Sberbank”, “ING Bank”, “AliBaba.com”, “Mastercard”, “Oracle” kimi müəssisə və şirkətlərin spikerləri, investorlar, bankirlər iştirak edir. Tədbirdə startuplarla bağlı böyük məbləğdə investisiya elanları olacaq.

Sammitdə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlərlə, həmçinin, dünyanın ödəniş, təhlükəsizlik, DATA və informasiya texnologiyaları şirkətləri ilə görüşlər, tanışlıqlar, panel müzakirələri, peşəkar komanda tərəfindən təşkil olunan “B2B” görüşlər, start-up şirkətləri üçün dinləyicilər qarşısında real investisiya və potensial müştərilərlə tanışlıq imkanı olacaq


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.