Bakıda Nar Mobile VİP Satış Mərkəzi istifadəyə verilib

15-07-2008 / 14:46
Bakı şəhəri, Teymur Əliyev küçəsi, 25 ünvanında yerləşən yeni Nar Mobile VİP Satış Mərkəzi istifadəyə verilib. Tədbirdə çıxış edən “Azərfon” MMC-nin baş direktoru Gido Helbix bildirib ki, yeni mərkəzi digərlərindən fərqləndirən əsas xüsusiyyət bu mağazada fiziki şəxslərlə yanaşı hüquqi şəxslərə də xidmətlərin göstərilməsidir. Mərkəzdə bütün mobil ödəmələrin qəbulu, eləcə də böyük çeşiddə ən yeni mobil telefon modellərinin satışı həyata keçirilir. Baş direktor həmçinin qeyd edib ki, şirkət əhatə dairəsini genişləndirir və bu məqsədlə regionlarda yeni satış mərkəzləri istifadəyə verilir. Təkcə ötən ay ölkə ərazisində 70-dən çox baza stansiyası qurulub. Hazırda ölkə ərazisində 400-dən artıq Nar Mobile satış nöqtəsi və 9 Nar Mobile Mərkəzi fəaliyyət göstərir. Son aylar ərzində Bakıda H. Cavid küçəsi, 19, Bülbül prospekti, 11, T.Əliyev küçəsi, 25 və Lənkəran şəhərində Mirmustafaxan küçəsi, 30 ünvanında Nar Mobile Mərkəzləri fəaliyyətə başlayıblar. Qeyd edək ki, 2007-ci ilin mart ayında fəaliyyətə başlamış Nar Mobile şəbəkəsinin hazırda yarım milyondan artıq abunəçisi var.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə