Bakıda özəlləşdirmə portalının təqdimatı keçirilib

26-07-2016 / 11:57

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Privatization.az özəlləşdirmə portalının yaradılması və istifadəyə verilməsi ilə bağlı ictimai təqdimat keçirib.

Xeberler.az Report-a istinadən məlumat verir ki, portal iki dildə (Azərbaycan və ingilis dillərində) təqdim edilib. Burada olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur.

Eyni zamanda, portalda özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə "onlayn əlaqə" xidməti də fəaliyyət göstərəcək.

Bundan başqa, yeni portal ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, bu sahədə şəffaflığı və çevikliyi, özəlləşdirmə prosesinə geniş ictimaiyyətin, strateji investorların cəlb edilməsini təmin edəcək.

Təqdimatı giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, bu sahədə qabaqcıl beynəlxalq təcrübə, müasir mexanizmlər və optimal üsulların tətbiqi olduqca vacibdir:

"Bütün bu islahatlar qeyri-neft sektorunun inkişafına dəstək, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata yerli və xarici sərmayələrin cəlb olunması məqsədi daşıyır. Həyata keçirilən yeni iqtisadi islahatlar fonunda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində yeni mərhələ başlayıb. Artıq özəlləşdirilməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib. Bu proseslərə beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb edilib. Bütün bu işlərin nəticəsi olaraq regionlarda sahibkarlığın inkişafına və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaq". 

Daha sonra portalın təqdimatı keçirilib.

Tədbirdə KPMG, PwC, Ernst & Young,  Deloitte & Touche, Baker & McKenzie, McKinsey & Company kimi beynəlxalq konsaltinq şirkətləri, xarici beynəlxalq təşkilatlar, dövlət qurumları, ictimai təşkilatlar iştirak edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə