Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

30-08-2017 / 17:36

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 33-cü iclası və bu Komissiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə İşçı Qrupunun 18-ci iclası keçirilir.

Xeberler.az-ın məlumatına görə, tədbirlərdə RRB-nin üzvü olan ölkələr, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər ölkələrin rabitə administrasiyalarının səlahiyyətli nümayəndələri və ekspertlər qatılmışlar.

Tədbirdə Azərbaycan Respublikasının Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Komissiyanın sədri, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, RRB-nin Baş direktoru Nuriddin Muhiddinov və BTİ-nin regional ofisinin rəhbəri Kiril Oparin iştirak ediblər.

Avqustun 29-da keçirilmiş İşçi qrupun iclasına RRB-nin BTİ ilə iş üzrə İşçı Qrupunun sədri Minkin Vladimir Markoviç rəhbərlik edib. İclasda 2017-ci ilin 9-20 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək BTİ-nin Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransına (WTDC-17) hazırlıq məsələləri, o cümlədən Konfransda qəbul olunacaq qərarlara dair RRB üzv-dövlətləri tərəfindən hazırlanmış 39 sənəd layihəsi, Konfransın rəhbər qurumlarına namizədlər müzakirə olunub.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının 2018-ci ildə baş tutacaq Səlahiyyətli Konfransına, RRB-nin 2020-ci ildə Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyasına hazırlığı müzakirə edilib/

Adları qeyd olunan tədbirlər rabitə sahəsində beynəlxalq tənzimləmənin həyata keçirilməsi, BTİ-nin növbəti 4 il müddətinə fəaliyyətinin təşkili, rəhbər vəzifələrə, BTİ-nin ali idarəetmə orqanı olan Şuraya seçkilər baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan BTİ-nin Şurasının üzvü olaraq bu tədbirlərdə, qərarların qəbulunda fəal iştirak edir və beynəlxalq əməkdaşlığa öz tövhəsini verir. Azərbaycan Buenos-Ayresda keçiriləcək konfransa qatılacaq və 2018-ci ildə keçiriləcək seçkilərdə də Şuraya təkrar üzv seçilmək üçün namizədliyini irəli sürəcək.

Avqustun 30-da Rəşid İsmayılovun sədrliyi ilə Komissiyanın 33-cü iclası keçirilmişdir. Elmir Vəlizadə tədbir iştirakçılarını salamlamış, gündəlikdəki məsələlər üzrə ölkəmizin münasibətini və mövqeyini bildirib.

Komissiyanın iclasında İşçi qrupda hazırlanmış sənəd layihələri müzakirə edilmiş və qərarlar qəbul edilib.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə