Bakıda rəqəmsal ticarətlə bağlı konfrans keçirilir

19-10-2017 / 11:47

Bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə I Rəqəmsal Ticarət Qovşağına dair beynəlxaq konfrans keçirilir.

Xeberler.az-ın məlumatına görə, "Azərbaycanın rəqəmsal ticarət qovşağı: inkişaf perspektivləri" mövzusunda təşkil edilən beynəlxalq konfransın açılışında Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın rəqəmsal ticarət qovşağı Böyük İpək Yolu üzrə rəqəmsal məkanın, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. 

Onun sözlərinə görə, Azexport portalı üzərindən 300 milyon dollardan artıq 50-dən çox ölkədən sifariş daxil olub.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanın rəqəmsal ticarət qovşağının ilk beynəlxalq konfransı zamanı İİTKM ilə bir neçə ölkənin qurumları arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

Anlaşma sənədləri Rusiyanın QazinformService şirkəti, Polşanın Asseco data Sistems şirkəti və İsveçrənin Orient Swiss şirkəti arasında imzalanacaq.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.