Bakıda TestBaku 2015 keçiriləcək

17-11-2015 / 21:51

Bakıda dekabrın 8-də Keytorq şirkətinin təşkilatçılığı ilə “TestBaku-2015” konfransı keçiriləcək.
Xeberler.az-ın məlumatına əsasən, tədbirdə bank, sığorta, telekom və digər sahələrdə çalışan proqramçılar, biznes analitikləri, layihə menecerləri, sistem analitikləri, test mühəndisləri iştirak edəcəklər.

Konfrans çərçivəsində Keytorcun menecment üzrə tərəfdaşı Barış Sarıalioğlu
“Global Software Testing Trends & Insights” mövzusunda, Azerbaijan Testing Board (AZTB) qurumunun rəhbəri Vüsal Şahbazov Azərbaycanda keçirilmiş proqram təminatı bazarının qiymətləndirilməsi üzrə hesabatını təqdim edəcək.
 
Daha sonra Barış Sarıalioğlunun, Bank of Baku-nun nümayəndəsi Nahid Zeynalovun, Khazar Universitesi Teknoparkı-nın direktoru Özden Doyuranın, Gantek Technology şirkətinin Qafqaz və Şərqi Avropa ölkələri üzrə regional meneceri Şahan Demirkanın, Cybernet şirkətinin nümayəndəsi Vüsal Məsiyevin iştirakı ilə  Azərbaycanın İT sənayesi ilə bağlı panel müzakirələr aparılacaq.

Xeberler.az
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə