Bakıda və regionlarda İKT-nin inkişafı üçün yeni təkan

24-04-2016 / 15:05

Dünən “Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi” İctimai birliyi ilk iclasını keçirib.

Birlikdən Xeberler.az-a verilən məlumata görə, idarə heyyəti və üzvlərin iştirakı ilə baş tutan iclasda İctimai Birliyin məqsəd və hədəfləri, fəaliyyətinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, cari il üçün müvafiq sahələr üzrə strateji planlar hazırlanıb.

İctimai Birliyin “Beynəlxalq Əlaqələr” bölməsinin əməkdaşları çıxış edərək xüsusilə bölgələrdə  bəzən İKT-dən düzgün formada istifadə edilmədi məsələsinə toxunub. 

Tədbirdə bu kimi yanaşmaları dəyişmək üçün bölgələrdə İKT-nin yararlı tərəflərini və ondan səmərəli istifadəni təbliğ edən seminarların keçirilməsinin vacib olduğu qeyd edilib.

 “İKT-nin İnkişafı üzrə iş” bölməsinin əməkdaşları çıxış edərək “elektron imza”nın genişmiqyaslı istifadəsi yönündə atılacaq addımlardan, tələbələrin İKT biliyini yoxlamaq üçün testlərin hazırlanması istiqamətdində gələcəkdəki fəaliyyətdən , “Mətbuat” bölməsi isə keçmiş məhbusların və fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində İKT-nin önəmini vurğulayıb.

Tədbirin sonunda qarşıya qoyulan əsas məqsədlər kimi rüblük elektron nəşrin hazırlanması, regional İKT və informasiya cəmiyyəti mövzusunda tələbə və dövlət işçiləri üçün seminarların təşkili və xüsusilə İKT sahəsində təhsil alan tələbələrin yerli və beynəlxalq təcrübələrdən yararlanaraq mütəxəssis kimi yetişdirilməsi üçün treninqlərin təşkilinə üstünlük verilməsinin vacibliyi vurğulanıb.

“Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi” İctimai Birliyinin yaradılmasında məqsəd Azərbaycan Respublikasında elektron idarəçilik institunun təbliğinə kömək etməkdir.

Birlik könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipi əsasında yaradılan qeyri hökümət təşkilatıdır.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə